Sloveniya Gürcüstanı təhlükəsiz ölkə olaraq tanıdı

Manshet Siyasət

Sloveniya Gürcüstanı təhlükəsiz ölkə olaraq tanıdı.

Nsa.ge xəbər verir ki, bu haqda Gürcüstanın Xarici işlər Nazirliyi məlumat yayıb.

Sloveniya Gürcüstanla bağlı belə bir qərarı verən, Avropa İttifaqının 14-cü ölkəsi oldu.

“Sloveniya tərəfindən verilən qərar yenə bir daha təsdiqləyir ki, Gürcüstan insan hüquqlarının və demokratik standartların qorunması baxımından və həmçinin, ümumi siyasi mühiti nəzərə alaraq, vətəndaşlarını qoruyan təhlükəsiz bir ölkədir” – deyilir nazirliyin bəyanatında.

Gürcüstanı təhlükəsiz ölkə kimi tanıyan bu ölkələrdir: Bolqaristan, Fransa, Lixtenştein, Avstiya, Belçika, Niderlandlar, İslandiya, Lyuksemburq, İrlandiya, Estoniya, Danimarka, Çexiya və Kipr.