Spiker: “Gürcüstan qonşu ölkələrlə maksimum praqmatik siyasət aparmalıdır”

Manshet Siyasət

“Coğrafiyanı iqnor etmək olmaz. Biz qonşu ölkələrlə maksimum praqmatik siyasət aparmağa çalışmalıyıq”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bu məsələyə radikal baxan insanlar var və bu da siyasi dividendlər qazanmaq üçün cəhddir.

Spikerin sözlərinə görə, Gürcüstan çox çətin bölgədə yerləşsə də, Qərbin ölkəyə güclü dəstəyi var.