Təklif: Suriyadan çıxan ABŞ ordusu Gürcüstana yerləşdirilsin

Manshet Siyasət

Suriyadan çıxarılan ABŞ hərbi kontingenti Gürcüstanda yerləşdirilməlidir.

Nsa.ge xəbər verir ki, bunu “Heriteyc Foundeyşın”ın tədqiqatçısı Lyuk Koffi deyib. O, bu hərbi kontingentin, xüsusilə Rusiyanın Axalkalakidəki keçmiş hərbi bazasında yerləşdirilməsi gərəkdiyini bildirib.

Koffi bunun sayəsində İŞİD-in bərpa olunacağı halda ABŞ-ın dərhal müdaxilə imkanının yaranacağını söyləyib:

“ABŞ Rusiyanın Axalkalakidəki köhnə bazasından istifadə edə bilər. Bura Rakkadan 740 kilometr məsafədə yerləşir. İndi Gürcüstan İraqdan daha etibarlıdır”.