Tamar Çuqoşvili: “ABŞ-ın Gürcüstana olan diqqəti çox yüksəskdir”

Manshet Siyasət

Amerika Birləşmiş Ştatları tərəfindən Gürcüstana olan diqqət olduqca yüksəkdir.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvilinin Jurnalistlərlə söhbət zamanı Maik Pompeonun bəyanatına cavab olaraq bəyan etdi.

O, qeyd etdi ki, onun tərəfindən müəyyən məsələlərin vurğulaması çox məntiqlidir və bundan bəlli olur ki, o Gürcüstanın daxili proseslərinə maraq göstərir.

“Ən əhəmiyyətli bəyanatlar Gürcüstanın ərazi bütövlüyü və NATO-ya inteqrasiya məsələlərinə aiddir. Gürcüstanın daxili prosesləri ilə bağlı verilən şərh də təbiidir, çünki, Amerika illər ərzində Gürcüstanda ədliyyə sisteminə müxtəlif formalarda yardım edir. Bu bəyanatlardan bəllidir ki, ABŞ Gürcüstana xüsusi diqqət yetirir və bu çox yaxşıdır, çunki belə bir diqqətə ehtiyacımız var” – dedi Tamar Çuqoşvili.

Xatırladaq ki, baş nazir ABŞ-da rəsmi səfərdədir və ABŞ-ın Dövlət Katibi Maik Pompeo ilə görüşüb.

Görüşdən sonra tərəflər birgə brifinq keçirdilər, Maik Pompeo bəyan etdi ki, Gürcüstanın NATO-ya inteqrasiya prosesində, Amerika Birləşmiş Ştatlarının dəstəyi əksik olmayacaq.