Tarixi görüş baş tutub: Lavrovla Zalkaliani bir arada…

Manshet Siyasət

Rusiyanın və Gürcüstanın Xarici İşlər nazirləri Sergey Lavrov və David Zalkaliani BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Nyu Yorkda görüşüblər. Bu, Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr kəsildikdən sonra ən yüksək səviyyədə keçirilən ilk görüşdür.

Nsa.ge xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyindən görüşün İsveçrənin vasitəçiliyi ilə təşkil olunduğu bildirilib.

Görüşdə ikitərəfli münasibətlər, regiondakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. D.Zalkaliani qeyd edib ki, Gürcüstanın tərəfdaşları da dialoq imkanlarını dəstəkləyiblər.