Tbilisidə iyunun 20 və 21-də etiraz aksiyasının dağıdılmasına 5 minə yaxın polis əməkdaşı cəlb olunub

Manshet Siyasət

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20 və 21-də keçirilən etiraz aksiyasının qarşısının alınmasına 5 min nəfərə yaxın polis əməkdaşı cəlb olunub.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının sayı aksiya iştirakçılarının sayına proporsional olub.

“Aksiyaya cəlb olunan polis əməkdaşlarının sayının 15 min nəfər olması ilə bağlı yayılan məlumatlar yalandır. İctimai asayiş və təhlükəsizliyin qorunması məqsədilə, təxminən, 5 min polis nəfəri cəlb olunub”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Rustavi 2” televiziya kanalı aksiyanın dağıdılmasına 15 min nəfər polis əməkdaşının cəlb olunduğu barədə məlumat yayıb.