Tbilisidə keçirilən aksiyanın dağıdılmasında iştirak edən 10 polis işdən çıxarılıb

Manshet Siyasət

10 nəfər polis əməkdaşı iyunun 20-21-də Tbilisidə keçirilən aksiyanın dağıdılması zamanı qeyri-bərabər güc tətbiq etdiyi üçün işdən azad edilib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin departament rəhbəri Mamuka Çelidze məlumat verib.

O, qeyd edib ki, vəzifə səlahiyyətlərinə son verilən hüquq-mühafizə orqanı əməkdaşlarının işi Baş Prokurorluğa təqdim ediləcək.

Qeyd edək ki, Tbilisidə beş gündür davam edən etiraz aksiyalarında səsləndirilən tələblərdən biri də aksiyada qeyri-bərabər güc tətbiq edən polislərin cəzalandırılmasıdır.