Tbilisidə keçirilən beynəlxalq konfransda İrma İnaşvili və Devid Kramer arasında münaqişə baş verdi – VİDEO

Manshet Siyasət

Tbilisidə iqtisadi siyasətin tədqiqat mərkəzi və Makkein İnstitutu tərəfindən təşkil edilən beynəlxalq konfrans səs-küylü keçdi.

Nsa.ge Birinci Kanala istinadən xəbər verir ki, konfransa “Obyektiv” telekanalının çəkiliş qrupu ilə bərabər “Vətənpərvərlər alyansının” lideri İrma İnaşvili getdi, ancaq ona nitqlə çıxış etməyə izin vermədilər.

“Vətənpərvərlər alyansının” liderinin yanına Florida Beynəlxalq Universitetinin tədqiqatçısı və ABŞ Dövlət katibinin sabiq yardımçısı Devid Kramer getdi və İrma İnaşvili və jurnalistlərə bayıra çıxmaları üçün müraciət etdi. Bunun nəticəsində, Devid Kramer və İrma İnaşvili arasında sözlü münaqişə baş verdi.

İnaşvilinin dediyinə görə, dünən konfransda “Vətənpərvərlər alyansı” haqqında mənfi şəkildə danışıldı.

“Dünən bütün gün bizə şər atırdılar, bugün isə, cavab verməyə gəldim. Buna haqqım yoxdur mu?” – dedi İrma İnaşvili.