Tiflis Cənubi Osetiya ilə bağlı qərar verdi

Siyasət

Gürcüstan tərəfi Cənubi Osetiya sərhədindəki postu götürməkdən qəti şəkildə imtina edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin İnformasiya və Analitika Departamenti sədrinin müavini İrakliya Antadze mətbuata açıqlmasında deyib.

O bildirib ki, hökumət Çorçana kəndi yaxınlığında postu götürməkdən imtina edib və qərarını dəyişmək fikri yoxdur.

Antadze qeyd edib ki, hətta Cənubi Osetiyadakı etirazlardan sonra da qərar dəyişməyəcək.