Türkiyənin Gürcüstandakı səfiri Marneuli meri Zaur Darğallı ilə görüşüb

Manshet Siyasət

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Marneuli rayonuna səfər edib.

Nsa.ge xəbər verir ki, səfər çərçivəsində Türkiyə səfiri rayon bələdiyyəsində Marneuli meri Zaur Darğallı ilə görüşüb.

F.C.Yazqan Z.Darğallını mer vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə gələcək planları müzakirə ediblər.

Görüşdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Tbilisi koordinatoru Necla Demirdağ da iştirak edib.