Üç ölkənin nazirləri arasında memorandum imzalanacaq

Manshet Siyasət

Gürcüstan Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı naziri Levan Davidaşvili sabah Türkiyədə fındıq məhsullarının istehsalı ilə bağlı təşkil olunan mərasimdə iştirak edəcək.

Nsa.ge xəbər verir ki, fındıqçılıq üzrə ixtisaslaşmış bölgədə yerləşən Ordu şəhəri rəsmi mərasimi üçün tam hazırdır.

Mərasimə Gürcüstan, Türkiyə və Azərbaycan kənd təsərrüfatı nazirləri qatılacaq.

Gürcüstan Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı naziri Levan Davidaşvili, Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirli və Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov arasında memorandum imzalanacaq.

Sənəd üç ölkə arasında fındıq məhsullarının yetişdirilməsində keyfiyyət, məhsuldarlıq kimi komponentlərin inkişaf etdirilməsi üçün lazımi texniki əməkdaşlığı təmin etmək məqsədi güdür.