Ukrayna XİN Gürcüstanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənləri cəzalandıracaq

Manshet Dünya Siyasət

Ukrayna vətəndaşları Abxaziya, Tsxinvali, Cənubi Osetiya və Dağlıq Qarabağ bölgəsi , eləcə də onlara yanaşı ətraf ərazilərə baş çəkmək qərarına gəldikdə Gürcüstan Respublikası və Azərbaycan Respublikası qanunvericiliyini əldə rəhbər tutmalıdırlar.

Nsa.ge xəbər verir ki, bu barədə Ukrayna XİN-nin bəyanatında deyilir.

“Bu qanunvericiliyin pozulması inzibati və cinayət məsuliyyəti daşıyır”, – deyə bəyanatda bildirilir.

Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəyişilməz qaydada dəstəklədiyi vurğulanır.

Qeyd edilir ki, Ukrayna XİN-nin rəsmi saytında Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsinə / Cənubi Osetiyaya işğal edilmiş ərazisinə və ətraf ərazilərə daxil olmaq, eləcə də  Dağlıq Qarabağın (Azərbaycan Respublikası) səfər etmək qaydası yerləşdirilib.