Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək

Dünya Manshet Siyasət

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radanın buraxılması haqqında fərman imzalayıb.

News Space Agency-nın məlumatına görə, fərmana əsasən iyulun 21-də parlamentə növbədənkənar seçkilər keçiriləcək.

Fərmandan sonra V.Zelenski parlamentin sədri Andrey Parubiyə seçkilər barədə qanuna dəyişikliklərin müzakirəsi üçün Ali Radada növbədənkənar iclas keçimək barədə müraciət ünvanlayıb.

İclasın 22 may tarixində keçirilməsi nəzərdə tutulur.

NSA.GE