Ukraynada Saakaşvilinin oğurlanması ilə bağlı cinayət işi açıldı

Manshet Dünya Siyasət

Ukrayna Baş Prokurorluğunda Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin 2018-cı ildə oğurlanması ilə bağlı cinayət işi açılıb.

Nsa.ge “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Saakaşvili 18 fevral 2018-ci ildə oğurlanması, ona qarşı zorakı hərəkətlərə yol verilməsi və Polşaya qanunsuz deportasiya edilməsi ilə bağlı Prokurroluğa müraciət edib. Nəticədə, istintaq orqanı araşdırmalara başlayıb.

Xatırladaq ki, Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə 2016-ci ilin mayında Ukraynanın keçmiş prezidenti Petro Poroşenko tərəfindən təyin edilmişdi. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırmış və vətəndaşlığını əlindən almışdı. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoymuşdu.

Bu ilin mayında Ukraynanın yeni Prezidenti Vladimir Zelenski Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. O isə mayın 29-u ölkəyə qayıdıb.