Vətənpərvərlər Alyansının deputatları Moskvadakı forumda iştirak etməyəcəklər

Manshet Siyasət

Gürcüstan parlamentində təmsil olunan müxalif Vətənpərvərlər Alyansı Partiyasından olan deputatlar Moskvada iyulun 1-2-də keçiriləcək “Parlamentarizmin inkişafı” mövzusunda beynəlxalq forumda iştirak etməyəcək.

Nsa.ge xəbər verir ki, bu barədə deputat Giorgi Lomaia məlumat verib.

“Moskvaya getmək fikrimiz yoxdur. Bəli, oraya səfərimiz nəzərdə tutulmuşdu, dəvətnamələr almışdıq. Beynəlxalq Parlamentarizm Forumu çərçivəsində Abxaziya və Osetiya nümayəndələrilə də görüşlər keçiriləcəkdi. Lakin Gürcüstandakı bu son hadisələrdən sonra bütün bunlar, sözsüz ki, baş tutmayacaq”, – parlament üzvü jurnalistlərə bildirib.