Vahid Milli Hərəkat partiyasının üzvü Davit Kirkitadze azadlıqa buraxılıb

Manshet Siyasət

Gürcüstanda məhkəmə Birləşmiş Milli Hərəkat Partiyasının üzvü Davit Kirkitadzenin həbsdən buraxılmasına qərar verib. 

Nsa.ge xəbər verir ki, Qurcanidə bölgə məhkəməsində baş tutan prosesdə dövlət ittihamçsı Davit Kirkitadzeyə iki il həbs cəzası istəyib.

Məhkəmə prosesində partiyanın digər liderləri də iştirak edib.

David Kirkitadze ittihamları qəbul edib, özünü təqsirli bilib və törətdiyi əmələ görə peşiman olduğunu bildirərək, üzr istəyib. 

Qeyd edək ki, Davit Kirkitadze ötən il dekabrın 17-də polisə fiziki təzyiq və mülkiyyəti zədələmə iddiası ilə saxlanılmışdı.