Vaxtanq Qomelauri: “İqtidarımızın mövqeyi məlumdur, NATO-ya doğru gedən yola davam edirik”

Manshet Siyasət

“Gürcüstan iqtidarının mövqeyi şimali atlantika alyansına doğru gedən yola davam etməkdir”.

Nsa.gexəbər verir ki, bu barədə Qomelauri Rusiyanın baş naziri Dmitri Medvedevin bəyantını şərhləndirərkən bldirib.

“İqtidarımızın mövqeyi məlumdur, NATO-ya doğru gedən yola davam edirik. NATO-ya ən yaxın olan ölkələrdən biriyik. Alyansın bir çox əməliyyatlarında iştirak edirik və yolumuza davam edəcəyik” – dedi Daxili İşlər Naziri.

Xatırladaq ki, Rusiyanın baş naziri Dmitri Medvedev verdiyi müsahibələrin birində demişdi ki, Rusiya ətrafında NATO bazalarının yerləşdirilməsinə və daxili münaqişəsi olan ölkələrin NATO-ya qəbul edilməsinə Rusiya siyasi və hərbi yollarla cavab verəcək.