Vaxtanq Qomelauri: “İşğal altında olan ərazilər Gürcüstanın əsas problemidir”

Manshet Siyasət

“İşğal altında olan ərazilər Gürcüstanın əsas problemidir”.

Nsa.ge xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Vaxtanq Qomelauri, bu barədə bəyanatı parlamentdə illik hesabatı təqdim edərkən verib.

Onun dediyinə görə, işğal edilən Abxaziya və Sxinvali regionlarında artan militarizasiya, gürcü millətinin etnik diskriminasiyası və insanları azad hərəkət etmələrinə maneələrin yaradılması bugün də davam edir.

V. Qomelauri qeyd etdi ki, işğal edilmiş ərazilərdə qeyri-qanuni şəkildə yerləşdirilən rus hərbi kontingenti necə Gürcüstan, eləcə də Avropa üçün təhlükə yaradır.

NSA.GE