VMH partiyası Marneuli merliyinə Aqil Mustafayevi namizəd olaraq irəli sürüb

Manshet Siyasət

Vahid Milli Hərəkat Marneuli bələdiyyəsi merliyinə Aqil Mustafayevi namizəd olaraq irəli sürüb.

Nsa.ge məlumat verir ki, onun namizədliyini seçicilərə “Güc Birlikdədir” birləşmiş müxalifətin lideri Qriqol Vaşadze, Vahid Milli hərəkat partiyasının üzvləri ilə bərabər Ata holdinq yaxınlığında təqdim edib.

Qriqol Vaşadze “ Güc birlikdədir” birləşmiş müxalifətin lideri bildirib ki, Marneulidə gənc nəslin nümayəndəsi namizədləri var: “Gənclərdə ən çox xoşuma gələn onların qorxmazlıqları və satılmamalarıdır. Namizədimiz vətəndaşlar üçün çalışacaq və korrupsiyaya yol verməyəcək”.

Qeyd edək ki, partiya liderləri seçicilərlə görüşüb. Onlar seçki proqramları ilə tanış edilib . “ Vahid Milli Hərəkat” ın liderlərindən biri Nika Melia Aqil Mustafayevə müvəffəqiyyətlər arzulayıb:

“Yeni nəsil, yeni Marneuli” şüarımız namizədimizin kimliyindən irəli gəlir. O enerji dolu bir gəncdir. Düşünürəm ki, Marneuliyə Aqil kimi bir gənc lazımdır”. Aqil Mustafayev də öz növbəsində bu namizədlik ilə bağlı fikirlərini bölüşüb: “Öncə birləşmiş müxalifətə mənim namizədliyimi irəli sürdüyü üçün, və bizə hər zaman dəstək olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Biz mütləq qalib gələcəyik.Bu yalnız bizim qalibiyyətimiz yox, bütün Marneulinin və Gürcüstanın qalibiyyəti olacaq. Artıq xalqın qalibiyyətinin vaxtıdır”.

Xatırladaq ki, mayın 19-da bələdiyyədə növbədənkənar mer seçkisi keçiriləcək.

NSA.GE