Xaricdəki Gürcüstan vətəndaşları üçün yenilik

Manshet Siyasət

Gürcüstan parlamenti qeyri-qanuni miqrasiya ilə bağlı “Cinayət məcəlləsinə” daxil ediləcək dəyişiklikləri üçüncü oxunuşla təsdiqləyib.

Nsa.ge 1tv.ge-yə istinadən bildirir ki, dəyişiklikləri 78 deputat dəstəkləyib.

Qanunlayihəyə əsasən, şəxslər tərəfindən maddi gəlir əldə etmək məqsədi ilə, digər şəxslərin xarici ölkədə qeyri-qanuni şəkildə qalması üçün şəraitlər yaradanlara cərimə tətbiq ediləcək və yaxud 2 ildən 4 ilə qədər həbs ediləcəklər.

Belə ki, əgər bu qanun pozuntusu təşkilat qrupu tərəfindən edilsə, 4 ildən 7 ilə qədər həbslə cəzalandırılacaq.

Qanun layihəyəsinə əsasən öz yaxın qohumlarının xarici ölkədə qalması üçün müəyyən idarələrə yanlış məlumat verən və şərait yaradan şəxslərə həbs cəzası verilməyəcək.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir