Zaur Darğallı: “Biz bu gün mütləq qalib gələcəyik, bu isə hər bir Marneuli sakininin qalibiyətidir”

Manshet Siyasət

“Biz bu gün mütləq qalib gələcəyik, bu isə hər bir Marneuli sakininin qalibiyətidir”.

Nsa.ge xəbər verir ki, bu haqda “Gürcü Azrusu -Demokratik Gürcüstan” partiyasının namizədi Zaur Darğallı müsahibəsində bildirib.

“Mən Marneulinin gələcəyi, Marneulinin inkişafı, övladlarımızın, gənclərin gələcəyi və azadlığımız üçün prinsipli seçimimi etdim. Əhali tərəfindən bizə böyük dəstək var. Biz bu gün mütləq qalib gələcəyik. Bu isə hər bir marneuli sakininin qalibiyyəti olacaq. Müxalifət öz stilində işini davam etdirir. Bizə çox sayda məlumatlar daxil olur ki, onlar müxtəlif təxribat yolları ilə seçki məntəqələrində problem yaratmağa çəhd edirlər. Lakin onlarda heç nə alınmayacaq. Məsələn Vahid milli hərəkat partiyasının gəncləri Marneuli seçki məntəqəsinin birində bülletenləri oğurladılar deyə qışqırırmış. Hadisə yerinə polis cəlb edilib. Fərq etməz kimin tərəfindən qanun pozuntusu yaranarsa qanun çərçivəsində müvafiq ölçülər götürüləcək”.