Zaur Darğallı: “Bu, bizim birliyimizin mesajıdır”

Manshet Siyasət

Hazırda Marneulidə  “Gürcü Arzusu” partiyası merliyə namizədi Zaur Darğallı rəsmi olaraq xalqa təqdim edilir.

News Space Agency-nin məlumatına görə,  hazırda partiya liderlərinin iştirakı ilə Z. Darğallınə merliyə namizəd olaraq tanıdılır.

Zaur Darğallı çıxışında təqdimata gələn hər kəsə təşəkkür edib və bunun azərbaycanlıların Gürcüstanda möhkəm, güclü birliyinə bir mesaj olduğunu vurğulayıb:

“Bu gün hamımızın burada olması bizim birliyimizə  bir mesajıdır.  Doğma Merneulimizi sizin dəstəyiniz ilə  ilə daha güclü edəcəyik.  İndi 31 yaşım var, 2 ildən sonra inanıram ki, sizin qarşınızda təqdimat edəndə yenə belə gur səslə danışa biləcəm ki, sizinlə birgə şəhərimizi daha güclü, möhkəm etdik. Qarşınızıda baş əyirəm. Bu birlik  bizim üçün önəmlidir”.

Qeyd edək ki, tədbirdə  Marneuli və digər kəndlərdən  təxminən 1500-2000 minə yaxın sakin iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =