Merliyə namizəd Zaur Darğallı əhaliyə müraciət edib – Video

Manshet Siyasət

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Marneuli merliyinə namizədi Zaur Darğallı müraciət edib.

Nsa.ge xəbər verir ki, Zaur Darğallı müraciət videosunu öz şəxsi facebook səhifəsində yayımlayıb.

O, ilk növbədə ona dəstək verənlərə təşəkkürünü bildirib, daha sonra 13 aprel tarixində baş tutacaq öz rəsmi təqdimatına dəvət edib.

“Əziz Marneulililər, hörmətli dostlar, xanımlar və cənablar. İlk növbədə dəstəyiniz və inamınız üçün hər birinizə təşəkkür edirəm. Mənim namizədliyim irəli sürüldükdən sonra sizdən zənglər, təbrik məktubları aldım və bütün bunlar bizi daha da gücləndirdi. Bunun üçündə dərin təşəkkürümü bildirirəm. Sizin və mənim komandamın mənə olan inamınızı işim ilə doğrultmaq istəyirəm. Qeyd edim ki, sabah saat 14:00 da, Marneulidə Mədəniyyət Evinin həyətində “Gürcü Arzusu” partiyasının liderlərinin iştirakı ilə mənim rəsmi təqdimatım olacaq. Bu təqdimatda sizin iştirakınız, dəstəyiniz bizim üçün böyük əhəmiyyət kəsb edir. Sizin dəstəyinizə inanaraq təqdimata dəvət edirik, çox sağ olun” .

NSA.GE

Zaur Darğallının seçicilərə müraciəti

Əziz Marneulililər, hörmətli dostlar, xanımlar və cənablar. İlk növbədə dəstəyiniz və inamınız üçün hər birinizə təşəkkür edirəm. Mənim namizədliyim irəli sürüldükdən sonra sizdən zənglər, təbrik məktubları aldım və bütün bunlar bizi daha da gücləndirdi. Bunun üçündə dərin təşəkkürümü bildirirəm. Sizin və mənim komandamın mənə olan inamınızı işim ilə doğrultmaq istəyirəm. Qeyd edim ki, sabah saat 14:00 da, Marneulidə Mədəniyyət Evinin həyətində “Gürcü Arzusu” partiyasının liderlərinin iştirakı ilə mənim rəsmi təqdimatım olacaq. Bu təqdimatda sizin iştirakınız, dəstəyiniz bizim üçün böyük əhəmiyyət kəsb edir. Sizin dəstəyinizə inanaraq təqdimata dəvət edirik, çox sağ olun!

Опубликовано ზაურ დარგალი მარნეულის მერად / Zaur Darğallı Пятница, 12 апреля 2019 г.