10 il sonra “6G” texnologiyası əlçatan olacaq

Texnologiya

Yaxın onillikdə məlumatların ötürülməsində qabaqcıl “5G” ilə müqayisədə daha səmərəli və daha sürətli olacaq altıncı nəsil (6G) şəbəkə texnologiyası əlçatan ola bilər. Bu haqda “Kyodo” agentliyinə müsahibəsində “Huawei” şirkətinin baş direktoru Jen Çjenfey deyib.

Nsa.ge ictnews.az-a istinadən bildirir ki, “Biz 6G texnologiyasının tədqiqatına başlamışıq və düşünürəm ki, ən azı 10 il sonra sözügedən texnologiya praktik istifadə üçün əlçatan olacaq” – Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorun sözlərindən sitat gətirib. Həmçinin Çjenfey öz narahatçılığını bildirib ki, ABŞ “Huawei” şirkətinə qarşı məhdudiyyətləri 3-5 il qüvvədə saxladığı təqdirdə onun şirkəti “5G” texnologiyasının inkişafı sahəsində lider mövqeyini itirə bilər.