20 il əvvəl hazırlanmış dünyanın ilk kameralı telefonu – FOTO

Texnologiya

Smartfonların DSLR maşınların yerini ala biləcəyi bir mərhələyə gəldik. 50x zoom xüsusiyyətilə Huawei P30 və ya təəccüblü bir formada, aşağı işıq performansı təqdim edən Pixel 3XL kimi cihazlar var. Bəs, bu səfər nə vaxt başladı? Kameraları telefonlara yerləşdirən ilk firma hansı idi?

Əvvəlcə ilk kameralı telefonu kimin bazara çıxardığı ilə əlaqədar müəmma var. Wikipedia hesab edir ki, ilk kameralı telefon Samsung şirkətinin SCH-V200 modelli telefonudur. Eyni məqalənin davamında dünyanın ilk gerçək kameralı telefonunun Sharp şirkətinin J-SH04 modeli ola biləcəyi deyilir. Ancaq Yaponiya şirkəti, kamera təchizatlı telefonunu Samsung şirkətinin SCH-V200 modelindən bir neçə ay sonra bazara çıxardı. Bütün bu məlumatlarla birlikdə, bir az daha araşdırmaya davam etdiyimizdə isə, bu bəhs etdiyimiz iki modeldən belə daha əvvəl çıxmış bir kameralı telefona rast gəlirik.

İlk gerçək kameralı cib telefonu əslində bir başqa Yaponiya telefon istehsalçısı olan Kyocera tərəfindən çıxarıldı. Dünyanın ilk kameralı cib telefonu VP-210 Visual Phone idi. Yaponiyada 1999-cı ilə kimi erkən bir ildə yuxarıda bəhs edilən iki modeldən daha əvvəl bazara çıxarıldı. İlk kameralı telefon olmasının yanında daha da maraqlı olanı, bu günün kameralarına bənzəyən bir ön kamerası olması idi. Kyocera VP-210, 110.000 piksel kamera ilə 2 düym rəngli TFT ekrana sahibdir.

Telefonun qiyməti isə 1999-cu ildə 335 dollar ətrafında idi.