2020-ci ilin hibrid Porsche Cayenne-i nümayiş etdirildi – VİDEO

Texnologiya

“Porsche Turbo S E-Hybrid” krossoverinin yenilənmiş modeli hibrid quraşdırmaya malikdir. Avtomobilin gücü 670 at gücü səviyyəsinə çatıb.

Həmçinin qeyd etmək lazımdır ki, müştərilərə kuzovunun tipi ilə fərqlənən iki modifikasiya təklif olunacaq.

Nsa.ge bildirir ki, “Porsche Turbo S E-Hybrid”in kupe variantı hibrid olacaq. Bununla yanaşı, cəmi 3,6 saniyə ərzində 100 km sürət yığmaq mümkündür. Yeniliyin maksimal hərəkət sürəti 295 km/s-dan çox deyil.

“Porsche Turbo S E-Hybrid”in standart komplektləşməsində artıq karbon-keramik əyləclərdən istifadə olunub. Nəzərdə tutulan batareyaların gücü 40 kilometrə qədər yolu qət etməyə imkan verir. Hələlik, Amerika bazarında hibrid krossoveri 161 min dollardan başlayan qiymətlə əldə etmək mümkündür.