Android 10-un çıxış tarixi məlum oldu

Manshet Texnologiya

Keçən həftə Google şirkəti Android əməliyyat sisteminin rebrendiqini keçirtdi. İndi isə yeni əməliyyat sistemi olacaq Android 10-nun çıxış tarixi məlum oldu. Məsələ burasındadır ki, əməliyyat sisteminin yeni versiyasının çıxış tarixini hər kəs öyrənə bilərmiş. Bunun üçün sadəcə olaraq şirkətə müraciət etmək lazım imiş.

Nsa.ge bildirir ki, istifadəçilərdən biri Google şirkətinin dəstək xidmətindən Android 10 əməliyyat sisteminin, onun Pixel 3a smartfon modelinə nə zaman çıxacağını soruşub. Şirkət əməkdaşı isə bildirib ki, Android 10 gələn həftənin çərşənbə axşamından (3 sentyabr) başlayaraq istifadəçilərə təqdim olunacaq.