Apple şirkəti tünd rejim Dark Mode-un yer aldığı iOS 13 platformasını təqdim edib

Texnologiya

“Apple” şirkəti tünd rejim “Dark Mode”un yer aldığı “iOS 13” platformasını təqdim edib.

Nsa/ge x’b’r verir ki, yeniliyi “WWDC” konfransında proqram təminatının hazırlaması üzrə vitse-prezident Kreyq Federigi təqdim edib.

“Dark Mode” seçildiyi zaman interfeys və tətbiqlər tünd fon almış olacaq. Qeyd edilir ki, bu funksiya az işıqlı məkanda işləyərkən faydalı olacaq.

“TechCrunch” yazır ki, bu rejim, OLED-displeyli smartfonlarda batareyaların enerjisinə qənaət etməyə imkan verəcək.