Azərbaycanın texnoloji layihəsi “çempion” oldu

Dünya Manshet Texnologiya

 Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes – 2019) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində öz sahiblərinə təqdim olunub.

Nsa.ge məlumat verir ki, “Made in Azerbaijan” brendi altında təqdim olunan “Danışan kitabxana” layihəsi beynəlxalq müsabiqədə “Çempion layihə” mükafatına layiq görülüb.

Belə ki, “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2019” çərçivəsində keçirilən mükafatlandırma mərasimində “Çempion layihə” mükafatına müsabiqənin “Əlverişli mühit“ nominasiyası üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təqdim etdiyi “Danışan kitabxana” layihəsi layiq görülüb.

“Danışan kitabxana”nın əsas məqsədi insanlara müasir, klassik və bədii ədəbiyyat nümunələrini dinləmək imkanı yaratmaqdır.

Məlumata görə, “Danışan kitabxana”nın sosial əhəmiyyəti onun daha çox görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulmasıdır.

Ümumilikdə, bu il müsabiqəyə müxtəlif ölkələrdən 1140 elektron layihə təqdim olunub. Ekspertlər qrupu tərəfindən nəzərdən keçirilən bu layihələrdən 1062-si uğurlu hesab edilərək müsabiqədə iştiraka buraxılıb. 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində 72  “Çempion layihə”, 18 isə qalib layihə seçilib.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir