Bermud üçbucağı ilə bağlı daha bir sirr açılıb

Manshet Texnologiya

ABŞ-ın Kernel Universitetinin alimləri Bermud üçbucağının əmələ gəlməsinə səbəb olan vulkanların yaranma mexanizmini nəzərdən keçiriblər.

Nsa.ge xəbər verir ki, mütəxəssislər Bermud adasında sönmüş vulkandan nümunələr götürərək, əldə olunmuş mikroelementlərin tərkibini təyin etmişdir. Alimlərin fikrincə, əldə olunmuş nəticələr daha da dərin proseslərdən xəbər verir.

Riyazi modelləşdirmənin köməyi ilə, 400-650 kilometr dərinlikdə yerləşən, aşağı və yuxarı mantiya arasında əngəl yaranması ehtimal edilmişdir. Bu səbəbdən material əriyərək yuxarı çıxmışdır.

Bermud adaları gəmilərin və təyyarələrin yoxa çıxması kimi qeyri-adi hadisələrin baş verməsi hesab edilən Bermud üçbucağının bir hissəsi sayılır. Bununla belə, alimlər Bermud üçbucağına nisbətən dünya okeanlarında gəmi itkilərinin daha az baş verməsi nöqteyi-nəzərinə üstünlük verir.