Boston Dynamics’in Spot robotu satışa çıxdı – VİDEO

Texnologiya

Robototexnika sahəsində fəaliyyət göstərən Boston Dynamics şirkəti özünün məşhur Spot adlı robotunun kommersiya məqsədli satışlarına hazırlıqlı olduğunu qeyd etdi. Robot artıq satışa çıxıb. Lakin bu məsələ ilə bağlı bir sıra nüans var.

Nsa.ge technote.az-a istinadən bildirir ki, hələ iyun ayında Boston Dynamics şirkəti Spot robotunun satış məqsədi barəsində məlumat vermişdi. İndi isə şirkət sözügedən robotu ilk alıcılara göndərib. “Siz xüsusi ötürücülərdən, proqram təminatından və digər əlavələrdən istifadə edərək Spot robotunu ayarlaya bilərsiniz. İlk müştərilər artıq Spot-u tikinti sahələrinin monitorinqində, qaz, neft və energetik qurğulardakı uzaqdan idarəetmənin reallaşdırılmasında və ictimai təhlükəsizlik sahəsində test olunur. Spot irimiqyaslı istehsalata keçirilib və o artıq ilk müştərilərə çatdırılıb” – deyə şirkət bildirib.

The Verge saytının jurnalistləri şirkət təmsilçiləri ilə görüşərək Spot robotunun özəllikləri barəsində məlumatlar alıblar. Məlumatda qeyd edilib ki, robotun əsas özəlliklərindən biri də mühitdə tam sərbəst hərəkət etmək və ekstremal vəziyyətlərdə tarazlığı qorumaqdır. Hətta yıxılandan sonra da o, heç kimin köməyi olmadan 4 ayağı üzərinə qalxa bilir. Robot həm avtonom rejimdə həm də operatorun köməyi ilə hərəkət edə bilir. İkinci halda operator idarəetmə pultundan istifadə edir. Həmin pult isə öz növbəsində böyük sensorlu ekrandan və idarəetmə stiklərindn ibarətdir. Bir sözlə idarəetmə pultu gamerlərin istifadə etdikləri gamepadları xatırladır. Pultun ekranında robotun gövdəsinin bir çox yerində yerləşdirilmiş kameralardan görüntü əks olunur. Operator Spot-u həm idarəetmə stikləri vasitəsilə idarə edə, həm də sensorlu ekranda müəyyən yeri təyin etməklə robota hərəkət əmrini verə bilər.

Spot 4 ədəd aparat modulu ilə təchiz oluna bilər. Həmin modullar robotun funksionallığını artırır. Məsələn robota metan detektoru qoşmaq olar. Bu halda ondan qaz sızmasının axtarılmasından istifadə etmək olar. Robotu daha uzaq məsafədən idarə etmək üçün Spot xüsusi radiomodula sahibdir. Robotda yerləşdirilmiş lidar cihazından isə ətraf mühitin 3D modelini yaratmaq üçün istifadə etmək olar. Onu da qeyd etmək lazımdır ki, Boston Dynamics Spot robotunun hərbi məqsədlərdə istifadəsinə tam qarşıdır. Boston Dynamics Spot robotunu hələki adi insanlara satmır. Belə ki, o, robotu şirkətlərə satır. Lakin satışın reallaşdırılmasından öncə Boston Dynamics həmin şirkətlər barəsində araşdırma aparır və Spot-un onlara hansı məqsədlər üçün lazım olduğunu öyrənir.