Depressiyada qurtulmağa kömək edən texnologiya

Texnologiya

Yeni Cənubi Uels Universitetinin alim və mühəndisləri depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən cihaz hazırlayıb.

Nsa.ge xarici mediaya istinadən məlumat verir ki, qurğu depressiyada olan insanın beynini normal vəziyyətinə geri qaytarır.

“Bizim hazırladığımız qurğu, hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır”.

Məlumata görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq. Çünki onlar hər zaman psixoloji və psixi problemlərlə əlaqədar olaraq mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.

Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar. Həkimlərin fikrincə, sınaqların nəticəsi ümidvericidir.

NSA.GE