Elektron pul ilə necə ödəniş etmək olar? –Araşdırma

Manshet Texnologiya

Texnologiyanın  gətirdiyi  bir yenilik də elektron pullardır. Yəqin ki, Siz də saytlara daxil olanda iqtisadiyyat bölümündə  tez-tez  “Kriptovalyuta”, “Bitcoin” sözünü görürsüz. “Bitcoin-nin qiyməti rekord həddə çatdı”, “Özbəkistanda kriptovalyuta leqallaşdı”, “Google Bitcoin ilə bağlı yeni addım atdı”,” Belarusda Bitcoin birjası işə düşdü” və əlbəttə ki bunlarla yanaşı “ Kiber hücumlar artdı” kimi xəbərlər gündəmi “zəbt” edir.

Bəs nədir  Bitcoin? Niyə ölkələr bu sahəyə maraq göstərir və niyə bu sahədən ehtiyat edirlər?  Bu pul vahidi ilə necə ödəniş edilir və təhlükəsizlik məsələləri  necə tənzimlənir?  Bir sözlə, nədir bu kriptovalyutalar ki,  bütün dünyanı “çalxalayır”? .

News Space Agency bu barədə apardığı araşdırma məqaləni təqdim edir.

Kriptovalyuta Azərbaycan və Gürcüstan kimi ölkələrdə  çox tanınmasa da,  digər xarici ölkələrdə “pulun gələcəyi” olaraq tanınır.

Kriptovalyuta – virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. İnternet  şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. Hətta kriptovalyutaya “internetin qızılı” da demək mümkündür.

Hazırda kriptovalyutanın ən çox yayılmış növü Bitcoin-dir. Ona görə bunun üzərində çox dayanacağıq.

Elektron pul ( e-pul) kimi tanınan Bitcoin  rəqəmsal dünya üçün əlverişli bir valyuta növüdür. Bu valyutaya heç bir mərkəzi olmayan virtual valyuta deyə bilərik.

Yeni valyuta növü 2008-ci ildə Satoshi Nakamoto tərəfindən yaradılıb.

Bu valyuta qlobal bazarlarda dollar və avroya alternativ olaraq təqdim edilir. Bitcoin-nin simvolu ฿, qısaltması isə BTC-dir.

Bitcoin-in özəlliyi  ondan ibarətdir ki, mərkəzi bankılar  da daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Buna görə də, valyutaların qiymət hərəkəti Bitcoin-ə heç vaxt təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir. Tələb artdıqca, qiyməti artır, azaldıqda isə dəyəri aşağı düşür. Bitcoin virtual dövriyyəsi olan bir valyuta olduğundan, insanların öz şəxsiyyətlərini açıqlamadan pul göndərməyinə imkan verir. Bu sistem sizin şəxsiyyətinizi tamamilə məxfi saxlayaraq, İnternet üzərindən alış-veriş və ya investisiya etmək imkanı verir.

Bitcoin necə istehsal edilir?

Bu pul vahidi kompüterlər vasitəsi ilə isehsal edilir. Bitcoin istehsalına “mayninq” (mining) deyilir. Virtual “mayninq” üsulu ilə verilmiş 16 simvolu kodlaya bilən kompüterlər Bitcoin qazanır.

Bəs yaxşı Bitcoin necə qazanılır?

Bunun üçün öncə  heç bir məbləğ ödəmədən Bitcoin hesabı açmalısınız. Virtual cüzdanınızı (birdən artıq  virtual cüzdan yarada bilərsiniz) yaratdıqdan sonra, Bitcoin şəbəkəsinin əməliyyatlarını təsdiqləmək üçün kompüterlərdə riyazi əməliyyatlar etməlisiniz. Bitcoin üçün bilik və kompüterinizə güvənməlisiniz. Bitcoin əməliyyatları kompüterinizin təchizatı ilə aparılır. Kompüteriniz nə qədər güclü olsa, performansınız o qədər yaxşı olacaq. Bitcoin əməliyyatları üçün xüsusi olaraq hazırlanmış sistemləri ala və ya icarə götürə bilərsiniz.

Bu barədə bilmədiyiniz halda, mövcud “mayning hovuzlarına” (Bitcoin hovuzları kimi tanınır) qoşulmaqla gəlirinizi artıra bilərsiniz. “Mayning hovuzları” olduqca çoxdur. Ümumiyyətlə, bir blokdan daxil olan ümumi gəlirlər hovuz iştirakçıları arasında xüsusi formula əsasında paylanılır. Bir növ kompüterinizin gücünü digər istifadəçilərlə birləşdirərək qazanacaqsınız. Bitcoin əldə etmək üçün mövcud pulunuzu müəyyən bir valyuta məzənnəsindən dəyişə bilərsiniz və ya Bitcoin-satan sistemlərdən birbaşa əldə edə bilərsiniz.

Hazırda Bitcoin-dən  başqa Ethereum, Ripple, Monero, Zcash kimi bir çox kriptovalyutalar da məşhurdur.

Bitcoin-nin  təhlükəslik məsələsi necə  tənzimlənir?

Qeyd etdiyimiz kimi, ölkələr bu sahəyə maraq göstərsə də, həm də ehtiyat edir və çətinliklə qarşılaşır.

Məsələ ondadır ki, bu valyuta mübadiləsi qanuni yolla tənzmilənmir.  Uzun müddətdir ki,  dünyada banklar və ekspertlər  kriptovalyuta və blokçeyn texnologiyaları leqallaşdırılması  və tənzimlənməsi ilə bağlı səylər göstərsə də, hələ də nəticəyə gəlmək mümkün deyil.

2014-cü ildə baş vermiş kiber hücum Mt. Gox saytından külli miqdarda Bitcoin-in oğurlanmasına gətirib çıxartdı. Hakerlər 400 istifadəçinin məlumatlarını oğurladı və  nəticədə 470 milyon dollar dəyərində Bitcoin oğurlandı. Bu hadisə saytın bağlanmasına və virtual valyutanın qiymətinin enməsinə gətirib çıxartdı. Bundan sonra bir neçə dəfə Bitcoin ilə məşğul olan istifadəçilərin sistemlərinə hücum olaraq şəxsi məlumatları oğurlandı.

Beləliklə, bu pul  vahidi ortaya çıxdıqdan sonar internet aləmində kiber hücumların da sayı artdı və əksər vaxt bu hücumların qarşısını almaq üçün dövlətlər böyük vəsaitlər yatırmalı olurlar.

Hərçənd bəzi ölkələr (Yaponiya, Rusiya, Çin, Estoniya və Venesuela) bu sahəyə vəsait ayırsa da, əməliyyat həcminin artması, onların təhlükəsizliyinin təmin edilməsinə və maliyyə örtüyünün geniş auditoriya tərəfindən qəbul edilməsinin xərclərin çoxalması ilə əlaqədar hesablama gücünün lazımi artımı dövlətlər üçün çətinlik yaratmaqda davam edir.

Ötən il Google və Facebook-dan sonra Microsoft da bu  texnologiyaların sistemlərində istifadəsi və reklamanı qadağan etdi.

Nəhəng  texnologiya şirkətləri açıqlamasında qeyd etdi ki, bu qərarı almalarına səbəb kriptovalyutaların qanuni yolla tənzimlənməməsidir. Buna görə də çox sayda istifadəçi zərəli şəxslər tərəfindən aldadılır. İstifadəçiləri qorumaq naminə onlar elektron puldan imtina etdi. Bunun əksinə isə bəzi ölkələr hətta bu sahəni banklarına valyuta növü kimi əlavə etməyə davam edir. Yəni, texnologiya ölkələrin müxtəlif formada yanaşması və qəbul edilməsi hazırda ən çox müzakirə edilən məsələlərdən biridir.

 Qeyd: Bu sahə ilə bağlı saytımızda mütəmadi məlumatlar və araşdırma məqalələr yayımlanacaq. Saytımızı izləyərək baş verən son məlumatları əldə edə bilərsiniz.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir