Facebook-dan “Huawei” smartfonlarına qadağa

Manshet Texnologiya

“Facebook” “Huawei” smartfonlarında öz tətbiqetmələrinin quraşdırılmasını qadağan edib.

Nsa.ge xəbər verir ki, söhbət “Facebook”, “İnstagram” sosial şəbəkələrindən, eləcə də “WhatsApp” messencerindən gedir. 

Qeyd edək ki, sözügedən qadağa “Huawei”in bundan əvvəlki modelləri və artıq satışda olan smartfonlarına şamil olunmayacaq. Belə ki, qadağa yalnız bundan sonra istehsal olunacaq smartfonlara aiddir. Bundan əlavə, istifadəçilər özləri sözügedən tətbiqetmələri yükləyə biləcəklər. 

Xatırladaq ki, mayın 16-da ABŞ Ticarət Nazirliyi “Huawei” şirkəti və onun 70 filialını qara siyahıya salıb.