Facebook-dan istifadəçiləri məyus edəcək yenilik

Manshet Texnologiya

Dünyanın aparıcı sosial media platformalarından biri olan “Facebook” paylaşımlarda bəyənmə, şərh və reaksiyaların sayını gizlətməyə hazırlaşır.

Nsa.ge-nin məlumatına görə, sözügedən yeniliyi bu gün Avstraliyada sınamağa başlayacağını elan edən ABŞ şirkəti reklam üçün də eyni yoldan istifadə edəcək.

Araşdırmalar göstərdi ki, sosial medianın həyatımızda getdikcə daha önəmli yer tutması, bəyənmə və şərhlərin sayının əhəmiyyəti fərdlərdə stress və narahatlıq səviyyəsini artırır.