Gələn ay təqdim olunacaq yeni iPhone modelləri açıqlandı – FOTO

Texnologiya

Apple-ın yeni çıxacaq modellərinin adı bəlli olub. Apple-ın növbəti nəsil iPhone modellərini tanıdacağı gün üçün geri sayım başlayıb. Tarix yaxınlaşdıqca, telefon məlumatlarının sayı artmaqda davam edir. 

Nsa.ge bildirir ki, son məlumatlar Amazon və digər yerlərdə iPhone satan ESR şirkətindən gəlib. iPhone-un 2019-un‘iPhone 11’, ‘iPhone 11 Pro’ və ‘iPhone 11 Pro Max’ adlandırılacağını barədə məlumat verib. Bu məlumat ilk olaraq iPhonesoft.fr saytında yerləşdirilib.

ESR-in məhsul siyahısına baxdıqda, iPhone 11-in iPhone XR-in üst modeli olacağı deyilir. 6.1 düymlük LCD ekrana sahib olan cihaz iki kamera ilə gəlir.

İPhone 11 Pro olaraq adlandırılan modelin 2018 modellərindən olan  iPhone XS-in yerinə keçdiyini deyən şirkət, kvadrat kamera modulu içərisində üç kamera linzasını yerləşdirəcək bir telefondan bəhs edir. 6.5 düymlük modelin də  iPhone 11 Pro Max adlandırılacağı gözlənilir. 

Təxminən iki-üç həftədən sonra təqdim ediləcək iPhone modellərinə maraq hələ də zirvədədir. iPhone 11 haqqında yeni məlumatlarla sizi tanış edəcəyik.