Geocell qiymətləri ucuzlaşdırır-Yeni təkliflər

Manshet Texnologiya

Mayın 20-dən etibarən Gürcüstanın Silknet (Geocell) mobil operator şirkəti müştərilərə ucuzlaşdırılmış tariflər və yenilənmiş  paketlər təqdim edəcək.

Nsa.ge şirkətin açıqlamasına istinadən bildirir ki,  Geocell yeni paketlərlə bərabər xidmətin köhnə şərtlərini də tətbiq etməyə davam edəcək. Belə ki, yenilənmiş şərtlərlə abonentlər mobil interneti  15% – lə daha ucuz qiymətə ala biləcək.

Şirkət bununla da ən ucuz və əlverişli paketlərini qüvvədə saxlamağı hədəfləyir. Onlar arasında mobil internet paketi 500 MB 3 lari  və paket meti S”  5 lariyə təqdim edilir. Hər bir paketdə internet həcmi artırılıb və mobil internetə yeni  “gündəlik” və “limitsiz gündəlik” seçim imkanları daxil edilib.

Yeni paketlər aşağdakı kimidir:

750 MB- 4 lari

1.5 GB – 6 lari

3 GB- 9 lari

5 GB –  12 lari 

8 GB- 15 lari

20 GB – 30 lari

2 GB“ dğiuri “ – 1.5 lari

“Ulimito dğiuri” – 5 lari

Abonentlər yeni təkliflərlə interneti minimum 15%-lə ucuz qiymətə ala biləcəklər.

Onu da qeyd edək ki, yeni paketlərlə bərabər 3 larillik internet paketlər (500 MB) qüvvədə qalır.

 “Meti S” paketi 5 lari yenə qüvvədə qalır. Bununla bərabər “ meti S+” var ki qiyməti 8 laridir. Bu tarifin abonentləri əlavə olaraq 30 dəqiqə  danışıq vaxtı, 200 MB internet və 900 SMS-dən çox xidmət əldə edə biləcəklər.

 “ Meti M” in qiyməti də olduğu kimi qalır və istifadəçilər bununla bərabər internet xidməti və limitsiz SMS götürə biləcək.

Daxili şəbəkədə limitsiz danışıq:

700 MB internet ( 300 mb əvəzinə)

Limitsiz SMS xidməti ( 1000 SMS əvəzinə)

-“ Meti usasrulo” qüvvədə qalır- 25 lari

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir