Google 46 tətbiqi Play Store-dən sildi

Manshet Texnologiya

“Google” şirkəti  son dövrlərdə “Play Store”də etdiyi dəyişikliklərlə qayda pozanlara qarşı sərt mövqeyini qoruyub saxlayır.

Nsa.ge xəbər verir ki, şirkət “DO Global”a məxsus  46 tətbiqi “Play Store”dən silib.

Qeyd edək ki, “DO Global” Baidu şirkətinə məxsusdur. “Google”nin “DO GlobaL”ı cəzalandırmasının səbəbi reklam zamanı qayda pozuntularına yol verməsidir. Bu mövzuda çox radikal mövqeyə sahib olan “Google” bununla bağlı heç bir şərh verilməyəcəyini qeyd edib.

Hal-hazırda “Play Store”dən təkcə “DO Global”a məxsus 46 tətbiq çıxarılsa da yaxın zamanlarda daha çox tətbiqetmələrin silinməsi gözlənilir. Mövzuyla əlaqədar açıqlama verən şirkət hər hansısa uyğun olmayan kiçik detal aşkarlandıqda proqramın bütün incəliklərini araşdırdıqlarını bildirib.

“Google”nin bu istiqamətdə həyata keçirdiyi  sanksiyalar təqdirə layiqdir və zərərli proqramların sayının azaldılması düzgün tətbiqetmələrdən istifadəni asanlaşdırır. Gələcəkdə daha hansı tətbiqlərin yararsız olduğunu öyrənmək istəyirsizsə xəbərlərimizi izləməkdə davam edin.

NSA.GE