Instagram-da DƏYİŞİKLİK

Manshet Texnologiya

“Instagram” sosial şəbəkəsində paylaşımlarda bəyənmə (like) və videoların baxış sayını görmək artıq mümkün olmayacaq.

Nsa.ge bildirir ki, bundan sonra istifadəçinin paylaşımının altında yalnız bir ad görünəcək və yanında bəyənmə sayının əvəzinə “başqaları” sözü yer alacaq.

İnstaqram etdiyi rəsmi açıqlamada bunları deyib:

“Biz dostlarınızın paylaşımlarınıza baxmağını istəyirik, nə qədər “like” aldığınıza yox”.

Qeyd edək ki, bu gündən etibarən Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya, Yeni Zelandiyada “Instagram” istifadəçilərinin paylaşımlarına edilən bəyənmə sayını yalnız özləri görə biləcək.