İyunun ən sürətli Android smartfonları məlum olub

Texnologiya

İyunun ən sürətli “Android” smartfonları məlum olub

“AnTuTu” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən məhsuldar smartfonların yenilənmiş reytinqini dərc edib. Reytinq iyunda keçirilən testlərin yekunu üzrə tərtib olunub.  

Nsa.ge “IXBT” resursuna istinadən yazır ki, birinci yeri “Nubia Red Magic 3”, ikincini “Black Shark 2”, üçüncünü “Xiaomi Mi 9 Transparent Edition” smartfonu tutub. “Xiaomi Mi 9” modelinin standart versiyası isə siyahıda dördüncü mövqeyə yüksəlib.

“OnePlus 7 Pro”, “Meizu 16s”, “OnePlus 7” və “Redmi K20 Pro” müvafiq olaraq beşinci, altıncı, yeddinci və səkkizinci pillədə qərarlaşıb. Liderlər onluğunu “Samsung Galaxy S10+” və “Samsung Galaxy S10” smartfonları tamamlayıb.