Məşhur saytın yaradıcısı həbs edildi

Dünya Manshet Texnologiya

Tanınmış WikiLeaks saytının yaradıcısı Julian Assange həbs edilib.

News Space Agency xarici mediaya istinadən bildirir ki, o,  Londonda yerləşən Ekvador səfirliyində  yerli polislər tərəfindən həbs edilib.

Xatırladaq ki,  avstraliyalı jurnalist  7 il  Ekvador səfirliyində yaşayıb.  Assange  hökumət sıralarında korrupsiyalar, hərbi cinayətlər və digər bu kimi qalmqallı mövzularda gizli sənədlər ictimaiyyətə açıqlayıb.

Qeyd edək ki, Londonda saxlanılan WikiLeaks-in yaradıcısı  barəsində ABŞ-ın Ədliyyə Departamenti tərəfindən cinayət işi başlanılıb.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir