Onun sərvəti 100 milyard dolları ötdü

Manshet Texnologiya

ABŞ-ın Microsoft şirkətinin banisi Bill Gates sərvətinin miqyasına görə 20 il əvvəlki göstəricilərə nail olub və 100 milyarddan çox dollarqazanıb.

Nsa.ge xarici mediaya istinadən bildrir ki, onun sərvəti  şirkətin səhmlərinin 120-dən 123 ABŞ dollarına qədər bahalaşmasından sonra 100 milyard dolları ötüb. 

Bu halda o, dünyanın ən zəngin insanlarının siyahısında Amazon-un banisi Ceff Bezosdan geri qalır. Bezosun sərvəti 153,2 milyard dollar təşkil edir. Amma məsələ ondadır ki, xanımı Makkenzi ilə boşandıqdan sonra o, sərvətinin dörddə birini qadına verəcək.

Bill Gates Microsoft-un əsasını 1975-ci ildə dostu Pol Allenlə birlikdə qoyub. Şirkət beş il ərzində dünyanın ən böyük istehsalçısı olub. Microsoft-un 103 milyon səhmi var.

Daha əvvəl  Microsoft-un təsisçisi 2018-ci ilin ən yaxşı hesab etdiyi beş kitabının adını paylaşıb.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir