Play Store-da olan ödənişli tətbiqləri ödənişsiz necə yükləmək olar?

Manshet Texnologiya

Android “Play Store”da yer alan ödənişli proqramları ödənişsiz olaraq yükləmək mümkündür.

Nsa.ge bildirir ki, bunun üçün ilk öncə “Free store” tətbiqini yükləməyiniz lazımdır. “Bu tətbiq nədir, necə ödənişli proqramları yükləyir?”

Tətbiqi telefonunuzda quraşdırdıqdan sonra bu addımları yerinə yetirməlisiniz:

-Google Play-a daxil olun.

-Hər hansı bir ödənişli tətbiqi seçin.

-Yükləmə hissəsinə gəldikdən sonra yuxarı hissədəki paylaş bölümünə klikləyin.

-Paylaşı kliklədikdən sonra qarşınıza “nə ilə paylaş” adlı bir pəncərə çıxacaq. Bu pəncərədən “Free Store” tətbiqini seçin.

-Və tətbiqi yükləyə bilərsiniz.

Ödənişli tətbiqləri bu üsulla ödənişsiz olaraq yükləyə bilərsiniz. Ancaq böyük ölçülü tətbiqləri yükləyib boş-boşuna vaxtınızı sərf etməyin. Onların əksəriyyətində bu üsul işləmir.