Şəkildən insanları silə bilən proqram təqdim olunub

Texnologiya

“iPhone” sahibləri üçün əlçatan olan “Bye Bye Camera” adlı mobil proqram şəkildən insanları silmək xüsusiyyətinə malikdir. Bu haqda “Tech Crunch” portalı yazıb.

Nsa.gi “iz.ru” saytına istinadən yazır ki, “Do Something Good” şirkətinin proqramçıları bildiriblər ki, bu proqramın köməyi ilə istənilən şəkildən insanları silmək mümkündür. Xüsusi alqoritmlər şəkildəki insan fiqurunun konturunu hesablayır, onu kəsir, sonra isə boş qalmış hissəsini düzəldirlər.

Məlumata görə, sözügedən proqram şəkildən heyvan fiqurlarını silmir.