Samsung yeni smartfon təqdim etdi-Qiymət

Manshet Texnologiya

Samsung şirkəti rəsmi olaraq Galaxy A80 smartfon modelini təqdim edib.

News Space Agency xarici mediaya istinadən bildirir ki,  yeni modelin ekranında  heç çıxıntı hissəsi olmaması ilə  diqqət çəkir.

Qeyd edək ki, Galaxy A80-nin əsas üstünlüklərindən biri də onun kameralarıdır. Belə ki, smartfonun kameraları ənənəvi şəkildə smartfona quraşdırılmayıb. Həmin kameralar yuxarı istiqamətdə hərəkət edən xüsusi paneldə yerləşdiriliblər. Əslində smartfon ön kameraya sahib deyil. Sadəcə olaraq ön kamera funksiyasını smartfonun əsas kamerası yerinə yetirir.

 Məlumata görə, may ayında satışa  təqdim ediləcək smartfonun qiyməti  650 dollardan başlayacaq.

Nsa.ge

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir