Süni intellekt ilk elmi işini yazıb

Texnologiya

Springer Nature nəşriyyatı bəşəriyyət tarixində riyazi alqoritm tərəfindən yaradılmış ilk elmi kitabı dərc edib.

Nsa.ge xarici mediaya istinadən məlumat verir ki, monoqrafiyanın elektron versiyası “SpringerLink”də oxucular üçün əlçatandır.

Bu yaxınlarda isə “Springer Nature” litium-ion akkumulyatorlarının tədqiqinə həsr edilmiş və süni intellekt vasitəsilə yaradılmış ilk elmi icmalını dərc edib. Toplu problemə həsr edilmiş nəşrlərin panoramasını təşkil edir, kitabın arxitekturası isə oxucuya ötən illərin məqalələrinə asanlıqla yönəlməyə imkan verir.

Nəşriyyat bu üsulla akademik məhsuldan istifadənin effektivliyini artırmaq niyyətindədir.

Qeyd edək ki, 2018-ci ildə hərracda süni intellekt tərəfindən çəkilmiş “Edmond de Belaminin Portreti” əsəri 28 milyon rubla satılmışdı.

Nsa.ge

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir