Sürücüsüz rahat hərəkət edən avtomobil

Texnologiya

Wayve startapı maşın təliminə əsaslanan, şəxsi avtomobilləri idarə etmək üçün nəzərdə tutulan süni intellekt sistemi nümayiş etdirib.

Nsa.ge xarici mediaya istinadən bildirir ki, mütəxəssislər sürücüsüz avtomobillərin daha müstəqil hərəkətini təmin etməyə çalışıblar.

 Proqramçılar şəxsi nəqliyyat vasitəsinin tanımadığı yollarda müstəqil hərəkət etməsi üçün intellektual sistem hazırlayıblar.

Maşın smartfondan ötürülən kamera və naviqasiya sisteminin təlimatlarından istifadə edərək şəhər ətrafında hərəkət edir.

İntellektual sistem “Renault Twizy” və “Jaguar I-PACE” avtomobillərində sınaqdan keçirilib. Sürücüsüz avtomobilin hərəkəti kameraya çəkilib. Sükan arxasındakı sürücülər maşında olsalar da nəqliyyat vasitəsini idarəetmədə iştirak etmirlər.

Nsa.ge

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir