Telegram-dan yenilik – VİDEO

Texnologiya

“Telegram” öz tətbiqlərinin əsas versiyalarına animasiya stikerləri əlavə etdi. Bu barədə şirkətin bloqunda deyilir.

Nsa.ge xəbər verir ki, indi bütün istifadəçilər yeni stiker yarada və onunla paylaşa bilərlər.

Şirkət gələcək müəlliflər üçün texniki tələblərlə bağlı təlimat da nəşr edib.

Qeyd edək ki, iyulun 3-dən etibarən istifadəçilər bü cür stikerlərlə iOS tətbiqlərinin beta-versiyasında qarşılaşmışdılar.