Twitter 4 mindən çox istifadəçinin hesabını sildi

Texnologiya

“Twitter”də iranlı istifadəçilərə məxsus çoxsaylı hesab silinib.

Nsa.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, həmin hesablar dezinformasiya yaymaqda şübhəli bilinənlər siyahısına daxil ediləcək. Ümumilikdə 4779 hesab silinib ki, bunların böyük əksəriyyəti İrandan, az qismi isə Rusiya, Venesuela və İspaniyadan idarə edilib.

Bu hesablardan 1600-ü İran hökumətinin diplomatik və geostrateji baxışlarına uyğun paylaşımlar edib. 2865 hesab isə feyk kimi dəyərləndirilib. Həmin hesablardan sadəcə İranda və beynəlxalq miqyasda siyasi və sosial məsələlərin müzakirəsi məqsədiylə istifadə olunub. Daha 248 hesab isə İsraillə bağlı müzakirələrdə iştirak edib.