Venerada həyat ola bilər

Texnologiya

Ekspertlər Veneradakı qaranlıq ləkələrin planetdə həyatın mövcudluğuna şahidlik edə biləcəyini irəli sürüblər.

Nsa.ge ted.az-a istinadən bildirir ki, tədqiqatçılar uzun müddətdir ki, Venerada qəribə qaranlıq ləkələrin mövcudluğundan xəbərdardırlar. Lakin bu ləkələrin aşkar edildiyi andan alimlər onlara izahat tapa bilməyiblər. Əlbəttə ki, onların mənşəyi haqqında bir çox nəzəriyyələr var. Məsələn, bəzi mütəxəssislər belə hesab edirlər ki, bu ləkələr Venerada həyatın olduğunu göstərir. Bu yaxınlarda ləkələrin eyniölçülü kiçik hissəciklərdən ibarət olduğunu sübut edən bir araşdırma aparılıb. Alimlər, həmçinin qeyd ediblər ki, ləkələr planetimizin atmosferində tapıla bilən mikroorqanizmlərə bənzər davranırlar.

Amma bu nəzəriyyə, hələ ki, tam təsdiqini tapmır. Buna görə ekspertlər Veneradakı ləkələr haqqında daha ətraflı məlumat əldə etmək üçün araşdırmalarını davam etdirirlər.